Yazını böyüt
Yazını kiçilt
Qazax rayonunda çayxana yanıb.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Qazax rayonunun Daş Salahlı kəndində ümumi sahəsi 27 m² olan dəmir konstruksiyadan ibarət vaqon tipli çayxananın taxta üzlüyü və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.